3 idmançımız mübarizəni dayandırdı
20.06.2015 19:22 Sport reaksiya 2007
I Avropa Oyunlarında kamandan oxatma yarışlarında kişilərin fərdi mübarizəsi davam edir.
Azərbaycan bu yarışda 3 idmançı ilə təmsil olunub. Hər üç oxatanımız 1/32 finalda uduzaraq, mübarizəni dayandırıb.
Hədəf önünə keçən ilk oxatanmız Aleksey Kopnin olub. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşan təmsilçimiz 2:6 (1:1, 1:1, 0:2, 0:2) hesabı ilə məğlub olub.
Taras Senyuk lüksemburqlu Ceff Henke llə üz-üzə gəlib. Bu görüşdə 6:4 (2:0, 0:2, 1:1, 1:1, 2:0) hesabı ilə qalib gələn rəqib 1/16 finala adlayıb.
Roman Vengerovun rəqibi isə fransalı Lukas Daniel olub. Təmsilçimiz 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan oxatanlarından yalnız qadınların yarışında çıxış edən Olqa Senyuk mübarizəni davam etdirir.
Şərhlər