Bakı-2015: Kim neçə medal qazanıb? - SİYAHI

21.06.2015 00:12     Sport reaksiya     1097

Bakı-2015 I Avropa Oyunlarının IX günündə 17 dəst medalın sahibi müəyyənləşib.

Reaksiya.az - ın Apasport.az saytına istinadən verdiyi məlumatına görə, bu gün hesabına 3 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 33-ə çatıb.

 

İlk 9 gündən sonra Azərbaycan 14 qızıl, 6 gümüş, 13 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.

 

Bu siyahının lideri Rusiyadı. Bu gün daha 9 medal əldə edən şimal qonşularımız izləyiciləri ilə fərqi bir qədər də artırıb. Hesabında 59 mükafat olan rusiyalıların medallarından 29-u qızıl, 17-si gümüş, 13-ü bürüncdü.

 

Üçüncü pillədə isə dəyişiklik olub. Bu gün aktivinə 2 qızıl, 2 gümüş, 1 bürünc medal yazdıran Almaniya komanda hesabında 3-cü sıraya yüksəlib. Günü medalsız başa vuran Macarıstan nəinki 3-cülüyü əldən verib, hətta 6-cı pilləyə enib.

 

Ən diqqətçəkən yüksəlişi İsveçrə edib. İsveçrə millisi 4 qızıl, 1 bürünc medal qazanaraq, 5-ci sıraya qədər irəliləyib.

 

Bu gün həmçinin medal qazanan ölkələrin sırasına daha biri qoşulub. Gimnastikada bir "qızıl" qazanan Sloveniya 38-ci medalçı komanda olub.

 

Qeyd edək ki, Bakı-2015-in ilk 9 günündə ümumilikdə 377 - 115 qızıl, 115 gümüş, 147 bürünc medalın sahibi müəyyənləşib. 38 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 23-ü çempionluq sevinci yaşayıb.

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Rusiya

29

17

13

59

2

Azərbaycan

14

6

13

33

3

Almaniya

8

9

9

26

4

Belarus

7

4

12

23

5

İsveçrə

7

4

2

13

6

Macarıstan

7

2

5

14

7

Serbiya

6

4

0

10

8

Böyük Britaniya

6

2

5

13

9

Türkiyə

5

3

15

23

10

İspaniya

4

7

5

16

11

Ukrayna

4

6

12

22

12

İtaliya

3

8

3

14

13

Hollandiya

3

5

7

15

14

Fransa

3

4

4

11

15

Portuqaliya

2

4

1

7

16

Polşa

1

5

5

11

17

Xorvatiya

1

2

5

8

18

Slovakiya

1

2

2

5

19

Yunanıstan

1

2

1

4

20

İsveç

1

1

3

5

21

Belçika

1

1

1

3

22

Litva

1

0

1

2

23

Sloveniya

1

0

0

1

24

Avstriya

0

5

3

8

25

Gürcüstan

0

3

3

6

26

Bolqarıstan

0

2

3

5

27

Rumıniya

0

2

2

4

28

İsrail

0

2

1

3

29-30

Çexiya

0

1

2

3

 

Moldova

0

1

2

3

31

San Marino

0

1

1

2

32

Ermənistan

0

1

0

1

33

Makedoniya

0

0

2

2

34-38

Danimarka

0

0

1

1

 

Estoniya

0

0

1

1

 

Latviya

0

0

1

1

 

Monteneqro

0

0

1

1

 

Norveç

0

0

1

1

 

Şərhlər

Çox oxunanlar