Qadınlar arasında çimərlik voleybolu: - Çempion - Isveçrə

21.06.2015 00:30     Sport reaksiya     1156

İyunun 20-də “Bakı-2015” birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışlarına yekun vurulub. İsveçrənin qadın çimərlik voleybolçuları birinci Avropa Oyunlarının çempionu olublar.

"Report" xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışın yarımfinalında avstriyalı Katarina Şutzenhofer-Lena Mariya Plesiutşniq dueti litvalı voleybolçular Yeva Dumbauskaite–Monika Povilaitite, İsveçrəni təmsil edən Nikola Eyholzer–Nina Betşart cütlüyü isə italiyalı Laura Giombini – Culia Totiyə 2:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıblar.

Azarkeşlər final görüşündə də gərgin və maraqlı qarşılaşmanın şahidi olublar. İsveçrəli Nikola Eyholzer–Nina Betşart duetinin Avstriyanı təmsil edən Katarina Şutzenhofer-Lena Mariya Plesiutşniq cütlüyü ilə görüşündə ilk set birincilərin üstünlüyü ilə başa çatıb – 21:16. İkinci setdə isə avstriyalı idmançılar 14:21 hesabı ilə üstün olduqlarından qalibi müəyyənləşdirmək üçün əlavə hissə oynanılıb. Əlavə olunan hissədə 15:13 hesabı ilə qalib gələn isveçrəli atletlər birinci Avropa Oyunlarında çempionluq sevincini yaşayıblar.

Report

Şərhlər