Beş medallı Stepkonun rekordu - VİDEO

20.06.2015 23:19     Sport reaksiya     2200

Azərbaycan gimnastı Oleq Stepko Bakı-2015 I Avropa Oyunlarının rekordunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı təmsilçimiz idman gimnastikasında 5 mükafata yiyələnərək, yarışlarda hələlik ən çox medal qazanan atlet olub.

1 qızıl, 2 gümüş, 2 bürünc əldə edən Oleq paralel qollarda 1-ci, fərdi çoxnövçülük və gimnastika atında 2-ci, komanda yarışları və dayaqla tullanmada 3-cü yeri tutub.

Avropa Oyunlarında ən çox medal qazanan idmançıların siyahısına başçılıq edən təmsilçimiz hesabında 4 mükafat olan “dördlüy”ü arxada qoyur. Daha 9 idmançı 3 medala sahib çıxıb.

Qeyd edək ki, 4 idmançının 3 qat çempion olduğu yarışda 3 və daha çox medal qazanan idmançıların sayı 14-dü.

Şərhlər