“Ağ canavar” ermənini udaraq dünya çempionu oldu

09.11.2015 14:03     Sport reaksiya     2117

Azərbaycan idmançısı “Ağ canavar” ləqəbli  Eduard Məmmədov (60 kq.) kikboksinqin WKA versiyası üzrə dünya çempionu olub.

Reaksiya.az Oxu.Az-a istinadən  xəbər verir ki, turnir İspaniyanın Benidorm şəhərində keçirilib.

19 qat dünya çempionu, 6 qat Avropa çempionu, dəfələrlə peşəkar turnirlərin qalibi olan Azərbaycan kikboksçusu Eduard Məmmədov finalda Ermənistan təmsilçisi Aşot Xaçaturyanı məğlub edərək dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bu çəki dərəcəsində üçüncü yüri tutan da erməni idmançısıdır.

Şərhlər