Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini irəli sürəcək
22.06.2015 13:04 Sport reaksiya 2002
Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi bu postdan istefa verən Yozef Blatterin 1998-ci ildən tutduğu vəzifəyə sahib çıxmaq qərarına gəlib.
17 il FİFA-ya rəhbərlik edən isveçrəli futbol funksioneri mayın onunda 5-ci dəfə prezident seçilib. Lakin Blatter qurum ətrafında cərəyan edən rüşvət qalmaqalı üzündən iyunun 2-də istefa verib.
Yeni prezident bu ilin dekabrından 2016-cı ilin fevralınadək olan müddətdə baş tutacaq növbədənkənar konqresdə gerçəkləşəcək. Seçkilərin dəqiq tarixi isə iyulun 20-də açıqlanacaq.
Maradonaya qədər FİFA prezidenti postuna 5 namizəd bu vəzifəyə iddiasını açıqlayıb. Bunlar Fransa millisinin sabiq futbolçusu David Jinola, əfsanəvi braziliyalı Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının sabiq prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir.
Şərhlər