Türkiyə nəhənginin baş məşqçisi istefa verib
12.11.2015 00:36 Sport reaksiya 1863
“Trabzonspor” baş məşqçi Şota Arveladze ilə yollarını ayırıb.
Reaksiya.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Mövsümün əvvəlində komandanın sükanı arxasına gətirilən gürcü mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Buna səbəb “bordo-mavilər”in bumövsümkü zəif çıxışıdı.
Geridə qalan 11 tur ərzində 14 xal toplayan “qaradənizlilər” 12-ci sırada qərarlaşıb.
Maraqlıdı ki, bu istefa klub prezidenti İbrahim Hacıosmanoğlunun rəhbərlik etdiyi dövrdə artıq 5-ci belə haldı.
Şərhlər