İdmançılarımız Gürcüstana yola düşəcəklər

22.06.2015 14:51     Sport reaksiya     2505

Azərbaycan Alpaqut Federasiyasının idmançıları “Qara Dəniz Kuboku” uğrunda 2-ci açıq beynəlxalq turnirə yola düşür.

24-27 iyun 2015 ci il tarixində Gürcüstan respublikasının Ozurgeti olimpi kompleksində “Qara Dəniz Kuboku” uğrunda  2-ci açıq beynəlxalq turnir keçiriləcək. Yarışda ölkəmizi AAF prezidenti Aqil Acalovun  və  baş məşqçi Musa Abdullayevin rəhbərliyi ilə 30 nəfərlik idmançı təmsil edəcək. İdmançlar Alpaqut döyüş sənətinin Aypara, Batur, Caymaz sistemi üzrə, uşaq, yeniyetmə, gənclər, qızlar və veteranlar kateqoriyalarında mübarizə aparacaqlar.

Yarışın təşkilatçısı Dünya Alpagut Federasiyasıdır. Yarışda Azərbaycanla yanaşı yerli Gurcustan komandası, habelə, İran, Qırğızıstan, Türkiyə, Rusiya, Qazaxstan idmançılarıda iştirak edəcək.

Qeyd etmək istərdik ki, Alpaqut döyüş sənəti türk dünyasının idman sənəti kimi tanınır. Məhs buna görədə bu döyüş sənətinin markası Turan Döyüş sənətidir. Xüsusilə qeyd etmək lazımdır ki, bu döyüş sənətini Azərbaycanlı idmançı, beynəlxalq dərəcəli idman ustası Vasif Namazov tərəfindən formalaşdırılıb. Bu döyüş sənətini dünyada inkişaf etdirmək məqsədilə  Dünya Alpaqut Federasiyası adında beynəlxalq idman təşkilatı rəsmən qeydiyyatdan keçib. Federasiyanın prezidenti millət vəkili Nizami Cəfərovdur. Federasiyanın cəmi 2 il müddətdir ki, fəaliyyət göstərməyinə baxmayaraq Azərbaycan, Almaniya, Avstraliya, İran, Ukrayna, Çexiya, Gürcüstan, Qırğızstan və Rusiya federasiyasında Ekatirinburq, Moskva vilayəti, Başqırdıstan üzrə rəsmi təmsilçilikləri fəaliyyət göstərir. Dünya Alpaqut Federasiyası 2015 –ci ilin təqvim planına əsasən Xəzər kuboku, Qafqaz Kuboku və Avroasiya kuboku adlı beynəlxalq yarışları keçirməyi nəzərdə tutur.

Şərhlər