Gənc güləşçilərimiz Avropa çempionatında - HEYƏT

22.06.2015 15:05     Sport reaksiya     1971

Türkiyənin İstanbul şəhərində iyunun 23-28-də güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan yığma komandamız çempionatda tam heyətlə iştirak edəcək.

Güləş Federasiyasından ANS PRESS-ə bildirilib ki, çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında İstanbula Şəhriyar Salmanov (50 kq), Əfqan Xaşalov (55 kq), Vurğun Əliyev (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Turxan Qurbanov (96 kq) və Səid Həmidov (120 kq) yollanıb. 

Gənc qızlar mübarizəyə iyunun 25-26-da qoşulacaqlar. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 8 güləşçimiz iştirak edəcək. Ölkəmizi Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) təmsil edəcək. 

Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Cavid Feyziyev (120 kq) yollanacaq. 

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Şərhlər