I Avropa Oyunlarının könüllüsü polşalı idmançını xilas edib - VİDEO - VİDEO

22.06.2015 18:28     Sport reaksiya     2170

Azərbaycan paytaxtında keçirilən Bakı-2015 I Avropa Oyunları zamanı maraqlı hadisə baş verib.
 
APA-nın məlumatına görə, hadisə Milli Gimnastika Arenasında sinxron batut yarışları zamanı qeydə alınıb. Polşa təmsilçilərinin duet yarışı zamanı idmançılardan biri müvazinətini itirərək döşəyin kənarına düşüb. Bu zaman yaxınlıqda olan Bakı-2015 könüllülərindən biri müdaxilə edərək, idmançının yerə yıxılmasına mane olub. Beləliklə, polşalı idmançı hər hansı bədən xəsarəti almayıb. 

Şərhlər

Çox oxunanlar