“Ötən gün I Avropa Oyunları yarışlarına əlavə 12 mindən çox bilet satılıb”

23.06.2015 12:11     Sport reaksiya     1911

Ötən gün I Avropa Oyunları yarışlarına əlavə 12200 bilet satılıb. Trend-in mәlumatına görә, bunu mətbuat konfransı zamanı “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

O bildirib ki, iyunun 22-də yarışlarda davamiyyət səviyyəsi ortalama 81 faiz təşkil edib: “Ötən gün 7 müxtəlif məkanda keçirilən 14 yarışda ümumilikdə 36416 tamaşaçı iştirak edib”.

Şərhlər

Çox oxunanlar