Avstriyalı idmançı: “Azərbaycan I Avropa Oyunlarını yaxşı təşkil edib”

23.06.2015 12:25     Sport reaksiya     1996

“Yaxşı ki, Azərbaycan “Bakı 2015” ilk Avropa Oyunları kimi idman tədbiri təşkil edib”. Bu barədə Trend-ə Avstriyanı I Avropa Oyunlarında yüngül atletika idman növündə təmsil edən Yuliya Siart deyib.

İdmançı siyasətçilərin və hüquq müdafiə təşkilatlarının Avropa Oyunlarını tənqid etmələri ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib: “Bu sahədə ekspert deyiləm. Bununla yanaşı, hesab edirəm ki, insanların bir yerə toplaşması, belə bir tədbir təşkil etməsi və idmançıların bir-biri ilə mübarizə aparması çox yaxşı haldır”.

Y.Siart bildirib ki, Bakıda I Avropa Oyunları yaxşı təşkil olunub: “Hər şey – məşqlər, yarışlar cədvəl üzrə gedir”.

Şərhlər