Ermin Zets 1,8 milyon avro istəyir

20.11.2015 12:20     Sport reaksiya     2243

“Qəbələ”nin hücumçusu Ermin Zets keçmiş klubu “Balıkesirspor”la problemini həll edə bilməyib. Reaksiya.az Apasport.az saytına istinadən xəbər verir ki, bosniyalı forvard sabiq komandasından ona olan borcunun ödənilməsini istəyir.

Bununla bağlı açıqlama verən klubun maliyyə məsələləri üzrə cavabdehi Şahkan Saltık borclu olduqları başqa futbolçular olduğunu da bildirib: “Hazırda “Balıkesirspor”un 27 milyon 130 min lirə borcu var. Keçmiş futbolçulardan 3-ü alacaqları üçün FİFA-ya şikayət edib. Ermin Zets 1,8 milyon, Ante Kuluşiç 1 milyon 150 min, Fernando Santos isə 875 min avro təzminat tələb edirlər. Bu 3 futbolçunun ümumi tələbi 4 milyon avroya yaxın pul edir”.

Klub rəsmisi borcların ödənilməsi üçün bir yollarının olduğunu bildirib: “Bundan qurtulmaq üçün ilk hədəfimiz Superliqaya vəsiqə qazanmaqdı. Başqa yollar da axtarırıq”.

Qeyd edək ki, Ermin Zets bu ilin yanvarında “Rieka”dan transfer olunduğu “Balıkesirspor”da cəmi 6 ay qala bilmiş və yay fasiləsində “Qəbələ”yə keçmişdi.

Şərhlər