Basketbolçular mübarizəyə başlayır
23.06.2015 16:40 Sport reaksiya 2386
Bu gün Bakı-2015 I Avropa Oyunlarında daha bir idman növünə start veriləcək.
Apasport.az saytının məlumatına görə, qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3X3 növündə qrup oyunları başlayacaq.
Azərbaycanın kişilərdən ibarət komandası D qrupunda mübarizə aparacaq. Komandamız bu gün iki oyun keçirəcək. Öncə 19:55-də Çexiya ilə qarşılaşacaq millimiz 21:35-də İsveçrə önünə çıxacaq.
Qadın basketbolçularımız isə A qrupunda yer alır. Qadınlar günü 1 oyunla yekunlaşdıracaqlar. Yığmamız saat 17:10-da İsveçrə ilə üz-üzə gələcək.
Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında 16 komanda 4 qrupda mübarizə aparacaq. Bu gün və sabah keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq.
3X3 basketbol
23 iyun
Kişilər
A qrupu
Sloveniya – İsrail - 16:7
17:35. Litva – Rumıniya
20:45. İsrail – Litva
B qrupu
Rusiya – Belçika - 21:12
17:35. Türkiyə - İspaniya
20:45. Belçika – Türkiyə
C qrupu
16:45. Estoniya – Yunanıstan
19:55. İtaliya – Serbiya
21:35. Yunanıstan - İtaliya
D qrupu
16:45. Andorra – İsveçrə
19:55. Azərbaycan – Çexiya
21:35. İsveçrə - Azərbaycan
Qadınlar
A qrupu
Hollandiya – Yunanıstan - 8:13
17:10. İsveçrə - Azərbaycan
20:20. Yunanıstan – İsveçrə
B qrupu
Çexiya – Ukrayna - 11:15
17:10. Türkiyə - Belçika
20:20. Ukrayna – Türkiyə
C qrupu
16:20. İspaniya – Slovakiya
19:30. İrlandiya – Sloveniya
21:10. Slovakiya – Sloveniya
D qrupu
16:20. Rumıniya – Litva
19:30. İsrail – Rusiya
21:10. Litva - İsrail
Şərhlər