FİFA Platininin qovulmasını tələb edir

24.11.2015 17:47     Sport reaksiya     2063

İsveçrə Federal Ədliyyə bürosu sentyabrın 25-də Yozef Blatterə qarşı cinayyət işi açıb. Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçirildiyini bildirilib.

FİFA prezidenti Yozef Blatterin müşaviri Klaus Ştelkerin sözlərinə görə Blatterin səlahiyyətləri 90 günlük əlindən alınıb. Eyni zamanda UEFA-nın prezidenti Mişel Platiniyə qarşı da bu cəza tətbiq olunub.

Blatter 1998-ci ildən FİFA-ya başçılıq edir. Bu ilin may ayının 29-da isə Blatter 5-ci dəfə FİFA prezidenti postuna seçilib. Ancaq 2 iyunda Yozef vəzifəsindən getdiyini bildirib. Yeni prezidentin seçiləcəyi konqres isə 2016-cı ilin fevralın 26-da Sürix şəhərində baş tutacaq.

Şərhlər