Çempionlar Liqasında qrup mərhələsinin V turuna yekun vurulub - NƏTİCƏLƏR

26.11.2015 02:44     Sport reaksiya     1975

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun növbəti oyunları keçirilib.

Reaksiya.az-ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutub.

A qrupunun lideri “Real” “Şaxtyor”a qonaq olub. "Kral klubu" 4:3 hesablı qələbə qazanaraq sona bir tur qalmış qrupdan çxmağı dəqiqləşdirib. PSJ isə İsveç səfərinə yollanıb. Parislilər autsayder “Malmö”nü darmadağın edərək növbəti mərhələ yolunda "Real"a "yoldaşlıq edib".

B qrupunda Moskva MOİK-i “Volfsburq”a uduzub. “Mançester Yunayted” isə PSV-ninin müqavimətini qıra bilməyib. Bu qrupda bütün nəticələr son turdan sonra bəlli olacaq.

“Benfika”nın “Astana”nı məğlub edə bilmədiyi C qrupunun digər matçında “Qalatasaray” “Atletiko”ya uduzub. Həm portuqaliyalılar, həm də ispanlar final mərhələsinə hazırlaşa bilərlər.

“Yuventus” “Mançester Siti”ni minimal hesabla məğlub edib, Münhenqladbax "Borussiya"sı da "Sevilya"nı darmadağın etsə də, bunun almanlara xeyri olmayıb. Qrupdan növbəti mərhələyə "qoca sinyora" və "şəhərlilər" yüksəliblər.

UEFA Çempionlar Liqası, qrup mərhələsi

V tur

25 noyabr

A qrupu

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Real" (Madrid, İspaniya) - 3:4

"Malmö" (İsveç) -  PSJ (Fransa) - 0:5

B qrupu

MOİK (Moskva, Rusiya) - "Volfsburq" (Almaniya) - 0:2

"Mançester Yunayted" (İngiltərə) - PSV (Hollandiya) - 0:0

C qrupu

"Astana" (Qazaxıstan) - "Benfika" (Portuqaliya) - 2:2

"Atletiko" (Madrid, İspaniya) - "Qalatasaray" (Türkiyə) - 2:0

D qrupu

"Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 1:0

"Borussiya" (Münhenqladbax, Almaniya) - "Sevilya" (İspaniya) - 4:2

 

Şərhlər