"Çalışacağıq ki, qrup üçüncüsü olaq"

27.11.2015 04:53     Sport reaksiya     1812

"Qəlbimin dərinliyində "Krasnodar" - "Borussiya" oyununun nəticəsini bildikdə çox pis oldum. Bilirsən ki, qalib gəlsən də xeyri yoxdur. Buna baxmayaraq biz bu oyuna çıxmalıydıq. Ola bilərdi ki, belə oyunlar hansısa futbolçunun praktikasında az olub və ya ümumiyyətlə oynamayıb. Bunları nəzərə alaraq dedim ki, futbolçulara nəticə necə olursa olsun biz çıxıb oynamalıyıq". 
 
Reaksiya.az-ın reporta istinadən məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin V turunda PAOK-la səfərdə keçirilmiş oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Qolsuz heç-heçə ilə bitən oyundan sonra ukraynalı mütəxəssis bunları bildirib: "Bu gündən sonrakı çempionat oyunlarında və Avropa Liqasında qalan bir oyunumuzda qalib gəlməyə çalışacağıq ki, qrup üçüncüsü olaq".
- Deyə bilərik ki, "Qəbələ" üçün ən yaxşı nəticə PAOK-la iki oyun oldu?
- Nəticə baxımından deyə bilərik. Amma "Borussiya" ilə ev oyununda və "Krasnodar"la oyunda yaxşı çıxış etmişdik.
- Həmişə təmkinli olursunuz, amma bu gün hakimlərə qarşı aqressiv idiniz..
- Oyunçular bir az aqressiv, bir az da ağıllı olsa, bu oyunu həll edə bilərdik. Hakimlərin bugünkü çıxışı mənim xoşuma gəlmədi.
- Qrupdakı göstəricilərə əsasən heyətdə ən çox dəyişiklik etmək istədiyiniz mövqe hansıdır?
- Qrupdan çıxmaq üçün komanda çox güclü olmalıdır və bunun üçün heyətdə elə 3-4 oyunçu olmalıdır ki, onlar vəziyyəti dəyişə bilsin. Bunun üçün də müəyyən şərtlər lazımdır. Burada bəxt amili də öz sözünü deyir. Hansı ki, "Borussiya" və "Krasnodar" komandalarının oyununda bu amil bizim tərəfdən olmadı. Bütün bunlar olduqda qrudan çıxa bilərik. Bu gün vicdanımız təmizdir və oyunçularla fəxr edirəm.
- Müsahibələrinizin birində "Panatinaikos"la oyundan sonra xoşbəxt olduğunuzu demişdiniz. İndi necə xoşbəxtsiniz?
- O dəfə ki, kimi sevinmək olmayacaq. Amma pərt olmağa da səbəb yoxdur. Sadəcə işləməli, bu oyunların analizini etməli və nəticə çıxarmalıyıq. yolumuza çempionatda davam etməliyik. Qarşıda zamanımız var və bunu öz xeyrimizə istifadə etməliyik.
- Əsas heyətdə 3 yerli futbolçu meydana çıxmışdı və əvəzetmədən də 3-ü oyuna daxil oldu. Bu nə ilə əlaqədardır, oyunçu çatışmazlığından ya necə?
- Biz yanaşmamıza sadiq qaldıq. Bugünkü oyundan əvvəl kim hazır idisə, onları da meydana saldıq. Bundan başqa start heyətini müəyyənləşdirməkdə heç bir kənar amil rol oynamır.
 

Şərhlər