Daha bir Azərbaycan-Ermənistan qarşıdurması

24.06.2015 11:26     Sport reaksiya     2177

Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. 

ANS PRESS-in məlumatına görə, ikinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizə aparır. 1/8 final mərhələsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov Ermənistan güləşçisi Sarqis Hosepyanla mübarizə aparacaq. Güləşçimiz erməni rəqibini məğlub edərsə adını 1/4 finala yazdıracaq. 

Artıq çempionatın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimizdən Vurğun Əliyev (60 kq) və Murad Süleymanov (74 kq) bürünc medal qazanıb. 

Yarışda iştirak edəcək digər təmsilçilərimiz belə sıralanıb:

55 kq 
1/8 final - Sezgin Pismicoglu (TUR) - Əfqan Xaşalov 

66 kq 
1/16 final - Michael Bucher (SUİ) - Teymur Məmmədov 

84 kq
1/8 final - Hacımurad Məhəmmədsəidov - Sargis Hosepyan (ARM) 

120 kq 
1/4 final - Səid Həmidov - Zəlimxan Xizriev (RUS).

Şərhlər