Bunu unutmayacağıq!!!
22.01.2016 13:11 YazarKlub 2225
1990-cı ildə 20 yanvar faciəsi baş vermişdi. Rus Sovet ordusu Azərbaycana hücum edib hər yeri viran qoymuşdu. Həmin gün minlərlə insane qəhrəmancasına şəhid oldu. Uşaqlar atasız – anasız qaldılar. Küçələrdə qan su yerinə axırdı.
Onlar vicdan nədir bilmədilər.
O hissi heç kecirmədilər də…
Qabağına çıxanları öldürüb məhv etdilər. Neçə ana gözü yaşlı qaldı.
Onlar necə məsum insanlara, uşaqlara qıyıb öldürürdülər, ay Allah?! Kim bunu edərdi? Heç kim!... O vəhşilikləri heç kim etməzdi, amma onlar etdilər. O dövrdə Moskvada olan Ulu öndərimiz Heydər Əliyev Moskvadan xalqın dadına çatdı. Haqq səsini ucaltdı.
Əgər o, danışmasaydı Azərbaycan bu gün olmayacaqdı. Azərbaycan mənfur ermənilərin işğalına məruz qalacaqdı.
Onlar bizlə çörək kəsdilər bizə “qardaş” dedilər, sonra nankorlar bizim varımızı görüb belə etdilər.
Arxadan vurdular bizi.
Birinci hücum edəndə televiziyanı partlatmışdılar ki, heç kim bilməsin. Heç kim bilməsin ki, müharibə olacaq. Heç kim bilməsin ki, ruslar bizə “qaçın, uzaqlaşın” – deyiblər, amma biz qaçmamışıq.
Ruslara heç vaxt inanmamışıq. Yanvarın 19 - dan 20- ə keçən gecə milləti qanına qəltan etdilər. cavan, qoca, uşaq demədən hamını öldürdülər.
Bunu unutmayacağıq!!!
Abşeron rayonu 4 saylı məktəbin şagirdi Nihad Qəriboğlu
Şərhlər