Bir fotoda 9 dahi – Ən möhtəşəm şəkil

24.02.2016 19:07     YazarKlub     2744

XX illərin sonunda müşavirədə çəkilən bu fotoda görün kimlər var: Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əbdürrəhim Haqverdiyev, Süleyman Sani Axundov, Eminbəyli, Xəlil İbrahim, Cəfər Cabbarlı, Seyid Hüseyn, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Abdulla Şaiq, Əhməd Cavad, Məmməd Rahim.

 

Az qala Azərbaycan ədəbiyyatı şəkil çəkdirib. Bu fotoya baxanda gözümün qabağına məktəb və universitet şəkilləri gəldi. Adətən buraxılışda, ya da məzun günündə çəkilərdi belə şəkillər. Fotoqraf da yaman əziyyət çəkərdi.

 

Bu şəkli “Ədəbiyyatımızın yarısı” adlandırardım. Sanki gözlərində “bir də bir araya gələ bilməyəcəyik” cümləsi yazılıb. Müşviqin duruşuna baxın: saçı əsgər saçına oxşayır. Haqverdiyevlə Süleyman Sani Axundovun arasında boşluq var. Cəfər Cabbarlı əlini Sabit Rəhmanın çiyninə qoyub obyektivə baxır. Sağ tərəfdə ən axırıncı dayanmış Məmməd Rahimin yanında duran Əhməd Cavad. Masanın üstündə telefon, köhnə əşyalar, qələm qabı var.

 

Çox güman hansısa yığıncaqdan sonra kiminsə təklifi ilə çəkilib. Və bu təklifdən sonra tarixi bir şəkil ortaya çıxıb. Azərbaycan ədəbiyyatını vərəqləmək kimidir bu fotoya baxmaq...

 

 

Lent.az

 

Şərhlər

Çox oxunanlar