Mən də öləcəyəm qaraciyərdən - Kənan Hacının yeni şeiri

23.05.2016 18:13     YazarKlub     1860

Bizim ciyərimiz çürüdü getdi,

sağ çıxa bilmədik bu laqeydlikdən.

Məni qabaqlayıb səssizcə getdin,

“mən də öləcəyəm qaraciyərdən”.

 

“Qoruya bilmədik” söyləyəcəklər,

sonra birdəfəlik unudacaqlar.

Kiminsə ciyəri şişəcək yenə,

Qaraciyəriylə oynayacaqlar.

 

Mənim ölməyimi gözləyən dostlar,

çox çəkməz, sizi də sevindirərəm.

Kitab anbarında yatmaram daha,

Təptəzə bir torpaq evə köçərəm...

 

kulis.az

Şərhlər

Çox oxunanlar