“Gözlərin necədir, yerişin necə?” - VİDEO

05.06.2016 16:35     YazarKlub     2020

Bu gün mərhum xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.

 

Axar.az xatırladır ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakıda, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Musiqiyə böyük həvəsi olan Vaqif Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

 

O, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.

 

Vaqif “Yoldan teleqramlar”, “Günü baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada” kitablarının müəllifidir. Şairin əsərləri əsasında filmlər çəkilib, şeirlərinə musiqi bəstələnib.

 

Qeyd edək ki, xalq şairi Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda vəfat edib.

 

Reaksiya.info

Şərhlər