"MƏHV EDİLMİŞ ŞƏHƏRİN TARİXİ"-adlı kitab işıq üzü görüb
20.07.2017 17:13 YazarKlub 2328
3 iyul 2017-ci ildə Ağdam şəhərinin işğal olunmasının 24-cü il anım günüdür.
Ağdamın işğal günü ərəfəsində siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Ağdam: məhv edilmiş şəhərin tarixi" adlı kitabı işıq üzü görüb.
Reaksiya.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Ağdam: məhv edilmiş şəhərin tarixi" adlı sayca 13-cü kitabı çapdan çıxıb. Kitabda işğal altında olan Ağdam şəhərinin tarixi barədə ətraflı məlumat verilib.
Kitabda viran edilən Ağdam şəhərinin yaranması, qədimdə Azərbayacanda oynadığı rol, “Ağdam” sözünün etimologiyası, toponimləri, oykonimlər ətraflı şəkildə öz əksini tapıb. Kitabda eyni zamanda Ağdam şəhəri barədə qədimdən bu günə qədər tarixdə iz qoyan maraqlı məlumatlar da təqdim edilir. Qədimdə Ağdam şəhərində yaşayan tayfalar, Ağdamda baş verən mühüm tarixi hadisələr, dünya elminə öz sözünü deyən ağdamlılar barədə də kitabda məlumatlar verilir. Ağdamın idman, mədəniyyət, elm, təhsil və digər proseslərdə oynadığı rol da kitabda öz əksini tapıb. Kitabın sonunda Ağdamın işğala məruz qalan tarixi abidələri və maddi-mədəniyyət nümunələrinin siyahısı, kəndlərin tam adları və Ağdamda anadan olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı alan şəxslər barədə geniş məlumat verilir.
Kitabın elmi məsləhətçisi fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, rəyçisi İsveç, Stokholm şəhəri, Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsində rəis müavini Leila Kiani və redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Moskvada "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyətinin Poeziya və Nəsr üzrə katibi Sultan Mərzilidir.
Şərhlər