LEYLA ƏLİYEVANIN ŞEİRLƏR KİTABI LONDONDA NƏŞR OLUNUB

02.07.2018 12:24     YazarKlub     1749

Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanın gənc şairi Leyla Əliyevanın "The World Dissolves like a Dream” ("Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.
 
Bu barədə "Report"a Tərcümə Mərkəzindən məlumat verilib.
 
Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilən kitab Böyük Britaniyanın "Hertfordşir Press LTD” nəşriyyatında çap olunub. Kitaba daxil edilən 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçiləri Karolina Valton və Anna Mariya Cekson çeviriblər.
 
Nəşrin redaktoru Karolina Valtondur.

Şərhlər