Daha çox kitab, daha səmərəli mütaliə - Mirzə İskəndərov yazır

12.06.2015 18:04     YazarKlub     2556

Bir həftəyə 3 kitabı necə bitirməli və ya yollara xərclədiyiniz vaxtı necə effektləşdirməli?

Keçən həftə qarşıma bəzi texnikaları öyrənəcəyim haqqında bir neçə tapşırıq qoydum. Bunlardan ikisi kitab idi. Onları oxumalı idim. Amma hesab etsək ki, həmin kitablar Azərbaycan dilində yox idi, Rus dilində ya elektron olaraq telefonumda ya da çap edib/alıb tədqiqata başlamalıydım.

Müxtəlif tədbirlərə və dərsə getdiyimdən yol boyu vaxtım, 30 dəqiqədən 1 saata kimi uzana bilirdi. Bu vaxt ərzində də, bəzən yeriyir, bəzən də ictimai nəqliyyatdan istifadə edirdim. Bütün çətinlikləri nəzərə alsaq, kitab və e-kitab oxumaq mənə baha başa gələ bilərdi. Birincisi, e-kitab haqqında anlaşığa gələk.

Bu variantı iki yerə ayırmaq istəsəm də, bunu etməyəcəyəm, çünki praktiki olaraq çətinliklər eynidir: yeriyərkən həm telefonun ekranında mətni seçmək, bununla belə gözləri zədələməmək və ətraf obyeklərin yanından diqqətlə, –yıxılmamaq və ya başqalarını narahat etməməklə – keçmək*; nəqliyyatda sürətli döngələr zamanı fikrin və konsentrasiyanın itməsi, insanların çoxluğu ən əsas minuslardandır.

İkincisi, bəzən 500qramdan çox olan kitabı özünlə daşımaq və birinci variantın problərini bir qədər optimallaşdırmaq: yerimək problemi; bunu yaddan çıxarmağa çalışıram bəzən, – ictimai nəqliyyatda, məsələn, ayaq üstə avtobusda diqqəti abzasda cəmləmək istəyi.

Hər bir problemin həlli olduğu kimi bununda alternativ üsulu mövcuddur. Sadəcə beyni bir qədər yormaq və buna öyrəşmək lazımdır. Audiokitablar.

Azərbaycan dilində audiokitablar yoxdur. Daha doğrusu var, amma bu audiokitab yox audio-məqalə/hekayələrdir. Ümidvaram ki, yaxın gələcəkdə bizdə bu istiqamət inkişaf edəcək və hər kəs öz doğma dilində istədiyi vəsaiti əldə edə biləcək. Mövzudan uzaqlaşmayaq və təsəvvür edək ki, oxucumun başqa, Rus və ya İngilis dil biliyi var. Çünki hər ailədə ən azı bir nəfər Sovet vaxtında başqa dillərdən istifadə edib. Və buna əsasən, öz metodumu sizə göstərirəm:

“Həftənin əvvəli, bazar ertəsi. Sizə maraqlı və bir qədər populyar olan 3 kitabı təyin edirik. İşə, dərsə getməmzdən əvvəl bir audiokitabı telefonumuza yükləyirik.”

Marşrutda, metroda, hətta yeriyərkən istədiyimiz kitabı dinləyirik və təxmini olaraq hesablasaq ki, 45 dəqiqəlik yol qət edəcəyik, gün ərzində bir saat yarım kitabı dinləyirik. Orta kitab səhifəsinə görə (180-260) 5-7 saatlıq kitabı, getdiyimiz yoldan asılı olaraq 3-4 günə bitiririk. Beləliklə, 2 kitabı bir həftəyə yekunlaşdırırıq.

Bəs, 3-cü kitab haraya getdi?

“Əlbəttə! 3-cü  kitabı isə saat 7-dən sonra sizə uyğun vaxtda 1,5-2 saat vaxtınızı ayırıb elektron/real bədii və ya elmi nəşri oxuyuruq. Beləliklə də, hər ay bir həftəni minimallaşdırmaq (1 kitab oxumaq) prinsipi ilə 10 kitabı oxuyuruq. Daha doğrusu oxuyub-dinləyirik.”

Burada heç bir çətinlik yoxdur. Amma bir şeyi unutmayın ki, güclü konsentrasiya üçün fikriniz ətraf obyektlərdə yox, xəyalın yaratdığı kitabdakı obrazlarda cəmləməyə çalışmağınız vacibdir!

Mən yoxladım və mənə maraqlı olan kitabları artıq bitirmişəm. Bu işləyir!

Bəs, siz hansı texnikalardan istifadə edirsiniz? Fikirlərinizi gözləyirəm...

 

*Yeriyərkən kitab, məqalə, qəzet oxumaq gözlərdə güclü zədələyici xüsusiyyəti inkişaf etdirə bilər.

Şərhlər

Çox oxunanlar