“AYB-nin üzvlüyündən çıxdım" - Salam Sarvan

16.10.2015 10:03     YazarKlub     2713

“Azərbaycan Yazıçılar Birliyindən çıxdım. Yəni indi elan edirəm”.

Reaksiya.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış şairi, yazıçı, publisist Salam Sarvan öz facebook səhifəsində yazaraq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından çıxdığını elan edib.

Şair həmçinin onu da qeyd edib ki, AYB-dən çıxmağının heç bir ciddi səbəbi yoxdur:

“Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil. Sadəcə, düşünürəm ki, yaş ardıqca əlavə yüklərdən boşalmaq, yüngülləşmək lazımdı. Ümumən, bütün məsələlərdə belə bi düstura inanıram: hələ ki gec deyil!”.

Şərhlər