Azərbaycanlı yazıçı Sartrı "dəli" adlandırdı
22.10.2015 17:15 YazarKlub 2640
XX əsrin məşhur fransız yazıçısı Jan-Pol Sartr 1964-cü ildə "zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə" Nobel mükafatına layiq görülüb.
Lakin müəllif könüllü şəkildə mükafatı almaqdan imtina edib.
Görəsən, Azərbaycan yazıçılarından hansısa biri Nobel mükafatına layiq görüldüyü təqdirdə Sartr kimi davranardımı?
Reaksiya.az olaraq bu sualla bir neçə yazıçıya müraciət etdik.
İlk olaraq yazıçı Seyran Səxavatlə danışdıq. Yazıçı mükafatdan kimlərinsə imtina edə biləcəyini, lakin özünün belə addım atmayacağını bildirdi:
“Bizim elə bir şansımız yoxdur ki, Nobel mükafatı alaq. Hələ tərcümə məsələlərinə görə dünyaya çıxa bilmirik. Əgər kiməsə verilsə heç kəs imtina etməz. Amma ola bilər ki, kimsə imtina etsin, bu bir az çətin məsələdir. Söhbət konkret məndən gedirsə bunun real söhbət olmadığına görə, münasibət bildirməyim düzgün olmaz. Mənə nə vaxtsa Nobel mükafatı versələr bu sualı o zaman ünvanlayarsınız və o zaman cavab verərəm. İndi heç yuxumuza da girməz”.
Daha sonra eyni sualı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsuda ünvanladıq.
O isə qəti şəkildə “Nobel Mükafatından imtina etmərəm”- dedi.
Ən maraqlı və məzəli cavabı yazıçı Saday Budaqlıdan aldıq.
O, söylədi ki, Nobel Mükafatından heç kim imtina etməz: “Heç elə dəliyə rast gəlibsinizmi?”
Şərhlər