Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılacaq

28.10.2015 00:13     YazarKlub     2326

Azərbaycan prezidenti İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalayıb.

Reaksiya.az-ın məlumatına görə, Nazirlər Kabinetinə Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, habelə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 

Şərhlər