Tovuzdakı intihar hadisəsindən - ŞOK TƏFƏRRÜATLAR

14.06.2015 14:42     Sosreaksiya     3306

Oğlan öz cinsi zəifliyini gizlətmək üçün qızı şərləyibmiş...

Tovuzdakı intihar hadisəsindən ŞOK TƏFƏRRÜATLAR

Ötən gün Reaksiya.Az saytı Tovuzda 1 günün gəlinin intihar hadisəsi ilə bağlı materiallar dərc etmiş, ekspertlərin də fikirlərini dərc etmişdi. “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova hadisənin daha çox oğlanın cinsi zəifliyi və qıza böhtan atmasından qaynaqlandığı versiyası üzərində dayanmışdı. Qadın Kirizis Mərkəsizinin rəhbəri Mətanət Əzizova da ortada intihar həddinə çatdırma faktının olmasını ehtimal etmiş və məsələnin dərindən araşdırılmasını tövsiyə etmişdi.

Reaksiya.Az məsələni araşdırmaq üçün Tovuz rayonu Bozalqanlı kənd sakinləri ilə əlaqə saxlayıb və tükürpədən məlumatlar əldə edib.

1997-ci il təvəllüdlü Aytən Nəzərovanın toyun səhəri gün bakirə olmamaqda ittiham edilməsi onun evdən qaçaraq intihar etməsinə səbəb olub. Aytənin cəsədi üzərində müayinə aparan həkimlər isə əksini deyib, qız intihar anında da bakirə olub. Faktla bağlı prokurorluq araşdırma başlayıb, kənd sakinləri qızı 1 ay əvvəl qaçırıb sonra toy edən Amin Qasımovun polis tərəfindən aparıldığını da deyib. Bu gün Aytənin dəfn mərasiminin olacağı bildirilib.

Məsələ ondadır ki, ilk əvvəl kənd camaatı qızı günahlandırıb. Lakin sonradan ekspertiza məlumatları üzə çıxıb və insanlar həqiqətin nə yerdə olduğunu getdikcə anlamağa başlayıblar.

Məlum olub ki, Amin Qasımovda cinsi zəiflik olub, lakin özünü sındırmamaq, biabır etməmək üçün qızı günahlandırıb. Kənd sakinlərindən biri qızın heç də yüngül əxlaqlı qız olmadığını vurğulayıb. Onun sözlərinə görə, oğlan və ailəsi qızı hədələyib, susmayacağı halda onu bütün kənddə biabır edəcəkləri ilə hədələyiblər. Təzyiqlərdən gərginləşən Aytən Nəzərova isə evdən qaçıb, lakin qorxudan öz ailəsinə də qayıda bilməyib. Çünki ona heç kim inanmayacaqdı.

Burda belə bir sual da ortaya çıxır: əgər oğlan cinzi baxımdan zəif idisə, niyə qızı qaçırırdı? Həmsöhbətimiz isə bildirib ki, bəzən rayonlarda toy-nişan xərcindən qurtulmaq üçün belə addım atılır, yaxud da oğlan özünü ətrafa sübut etmək üçün qızı qaçırıb, amma toy gecəsi qabiliyyətsiz olub.

Müsahibimiz qaçırılan qızın adətən barışığa qədər ayrı evdə saxlanıldığını da deyib. O vurğulayıb ki, Tovuz rayonunda zorakılıq və zorla ərə vermə halları elə də çox olmur. Burada isə qızı intihar həddinə çatdırma faktı bir daha qabarmış oldu...

Reaksiya.Az

Şərhlər

Çox oxunanlar