Bakı Şəhər Təhsil İdarəsindən Reaksiya.Az-ın sorğusuna - CAVAB

18.06.2015 11:52     Sosreaksiya     1794

 

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ)  “Təmiz dünya” İctimai Birliyi və Reaksiya.Az portalının “Xiles et!” layihəsi əsasənda Montin qəsəbəsində hazırlanmış reportajı və Baxışovlar ailəsinin problemlərini uşaqların təhsilə bərpası baxımından şərh edib (repotajı burdan oxuyun).

BŞTİ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Reaksiya.Az-a bildiriblər ki, üç ildir təhsildən kənarda qalan Vidadi Baxışov və Validə Baxışovanın təhsilə davam etmələri üçün  idarə hər cür yardım göstərməyə hazırdır.

Qeyd olunub ki, həmin uşaqlar hələ 27 saylı məktəbdə təhsil aldıqları zaman onlara qida və geyimlə yardım göstərilib, lakin sonradan Baxışovlar ailəsi başqa yerə köçüb və uşaqları tapmaq mümkün olmayıb.

“Onların yenidən təhsillərinə davam etmələri üçün, hazırda daimi yaşadıqları ərazidə orta məktəblərdən birinə qəbul edilmələri və laızmi dəstəyin göstərilməsi üçün çalışacağıq”, -deyə qurumdan bildirilib.

Aidiyyatı olan bütün qurumların da bu istiqamətdə mövqeyini öyrənməyə çalışırıq. Qeyd edək ki, Reaksiya.Az-ın reportajından sonra Nərimanov RİH-in hüquq şöbəsinin müdiri Firdovsi Calalov 16 yaşlı Vidadi Baxışova şəxsiyyət vəsiqəsi verilməsi və xalası Olya Parşina tərəfindən evin satışının qarşısının alınması ilə bağlı köməklik göstərəcəyini vəd edib(açıqlamanı burdan oxuyun). Hüquqşünas Ruslan Vəliyev isə sözügedən problemi. uşaqların və iflic atanın məsələsini bu linkdə şərh edib.

Məsələni diqqətdə saxlayacağıq.

Şərhlər

Çox oxunanlar